Səudiyyə Ərəbistanı BRICS-ə qoşulmasını inkar edir

Səudiyyə Ərəbistanı BRICS-ə qoşulmasını inkar edir

...Ər-Riyadın inkişaf etməkdə olan ölkələrin iqtisadi blokunun üzvü olması ilə bağlı son xəbərlər Səudiyyə Ərəbistanının ticarət naziri Məcid Əl-Qəsabi tərəfindən təkzib edilib. O, yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda jurnalistlərin sualını cavablandırarkən krallığın hələ də BRİKS-ə dəvəti qəbul etmədiyini bildirib.

...Səudiyyə Ərəbistanı BRİKS-də iştirak etmək üçün dəvət olunub, lakin biz hələ rəsmi olaraq üzv olmamışıq.

SİA-nın əldə etdiyi məlumata görə, Əl-Qəsabi “Reuters”dən sitat gətirib.

Qeyd edək ki, bu ayın əvvəlində Səudiyyə Ərəbistanı dövlət televiziyası krallığın bloka qoşulduğunu bildirsə də, daha sonra sosial media hesablarından bu xəbərləri silib.

Bu arada Ər-Riyadın mövqeyini Kreml şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “nazirin açıqlaması barədə eşitmədiyini” deyib. O əlavə edib ki, Səudiyyə Ərəbistanının inkişaf etməkdə olan ölkələr blokuna inteqrasiyası üzrə işlər davam edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə