NATO Baş Qərargah rəislərinin toplantısı keçirilir

NATO Baş Qərargah rəislərinin toplantısı keçirilir

NATO Baş Qərargah rəisləri Belçikanın paytaxtı Brüsseldəki qərargahda təşkil edilən yığıncaqda bir araya gəliblər.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, iki gün davam edəcək toplantıda Türkiyəni Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Metin Gürak təmsil edir.

Bugünkü iclaslarda qərargah rəisləri NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planlarını müzakirə edirlər.

24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də qiymətləndirilir.

Müdafiə nazirlərinin fevralda keçiriləcək iclasından əvvəl bu il keçiriləcək hərbi təlimlər də qərargah rəislərinin gündəmindədir.

İclasın sabahkı sessiyasında NATO-nun Baş katibi Yens Stoltenberq qərargah rəisləri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə