Safranbolu zəfəranı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb

Safranbolu zəfəranı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb

Safranbolu zəfəranı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Türkiyənin Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu sosial media platforması "X" hesabından Türkiyənin Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alan məhsulları ilə bağlı paylaşım edib.

Hisarcıklıoğlu bildirib ki, Safranbolu zəfəranı Türkiyənin Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alan 19-cu məhsuludur.

"Avropa İttifaqında qeydiyyatdan keçən ilk ədviyyatımız Safranbolu zəfəranı olub. Ölkəmizi təbrik edirəm. Əməyi keçən hər kəsi təbrik edirəm" deyib.

Hisarcıklıoğlu Avropa İttifaqı prosesi davam edən 45 coğrafi göstərici və 5 ənənəvi məhsul adı üzərində işlərinin davam etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə