Şvartsenegger Münhen hava limanında saxlanılıb...

Şvartsenegger Münhen hava limanında saxlanılıb...

Amerikalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Münhenə gəldikdən sonra saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” yazır.

Gömrük İdarəsi aktyora qarşı vergidən yayınma faktı ilə bağlı araşdırma başlandığını bildirib.

...Nəşrin məlumatına görə, aktyor bir neçə saatdır ki, aeroportun ofisindədir. Səbəb onun üzərində, Şvartseneggerin dediyi kimi, hərracda satmağa hazırlaşdığı dəbdəbəli İsveçrə “Audemars Piguet” saatının tapılması olub.

Qeyd edək ki, “Bild” qəzeti aktyorun polis idarəsindəki fotosunu da dərc edib.

Nəşr yazır ki, Münhendən Şvartsenegger Ümumdünya İqlim Sammitinin keçirildiyi Avstriyanın Kitzbühelə getməyi planlaşdırıb.

Münhen Baş Gömrük İdarəsinin sözçüsü Tomas Meister nəşrə deyib: “Biz Arnold Şvartseneggeri vergidən yayınma ittihamı ilə araşdırırıq”.

Onun sözlərinə görə, aktyor saatı idxal kimi qeydiyyatdan keçirməli olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə