Rusiya ötən gecə Ukraynanın şimalındakı Xarkov və cənubundakı Odessa şəhərlərinə zərbələr endirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Fövqəladə Hallar Xidməti iki şəhərdə 20 nəfərin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Bəyanatda deyilir: “Xarkov və Odessa üçün çətin gecədir. Azı 20 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.İşğalçılar Xarkova 2 raket zərbəsi endirib, 17 nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 1 nəfəri xilas edib, 30 mülki vətəndaşı təxliyə edilib''.
Hücum nəticəsində binalara və maşınlara ziyan dəyib.
Odessada pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 3 nəfər yaralanıb.
Xilasetmə qrupları 130 mülki vətəndaşı təxliyə edib. Mülki yaşayış məntəqələrinin infrastrukturuna ziyan dəyib.
Rus ordusu Xerson, Dnepr və Sumi bölgələrinə də hücum etdi.
“Dünən gecə ölkə üzrə 8 bölgədə ümumilikdə 10 hücum qeydə alınıb”,-deyə məlumatda vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqoroda raket və pilotsuz uçuş aparatı (PUA) ilə etdiyi hücumların qarşısını aldıqlarını açıqlayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB