Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində hücuma cəhd edən separatçı terror təşkilatı PKK/YPG-dən olan 4 terrorçu zərərsizləşdirilib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorçuların hücum cəhdlərinə sərt cavab verilməyə davam edildiyi bildirilib.

Açıqlamada "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma cəhd edən 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib" ifadələrindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə