Novosibirskdə bir həftə ərzində ikinci böyük qəza...

Novosibirskdə bir həftə ərzində ikinci böyük qəza...

...Kreml, yazıq, neyləsin..?

Budur, Novosibirskdə bir həftə ərzində artıq ikinci böyük kommunal qəza baş verib. Belə ki, şəhərin Leninski rayonundakı Petropavlovskaya küçəsində yeraltı boru partlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Siberian Express” teleqram kanalı yayıb.

Beləliklə, boruların qırılması nəticəsində 200-ə yaxın çoxmənzilli bina istiliksiz və isti susuz qalıb.

Qeyd edək ki, yanvarın 18-dən etibarən şəhərin bir neçə məktəbi dərsləri ləğv edib.

Vərəm xəstəxanası, iki uşaq bağçası və təcili yardım stansiyası da istiliksiz qalıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, isti suyun küçəyə axması nəticəsində 5 nəfər xəsarət alıb.

Bu arada Novosibirsk meriyası şəhərin Qorski, Trolleyni, Yuqo-Zapadnı və Stanislavski mikrorayonlarında, həmçinin Kirovski rayonunun bir hissəsində istilik olmayacağını bildirib.

Novosibirskdə yeraltı kommunikasiyalara xidmət göstərən “Siberian Generating Company” isə zədələnmiş boru kəmərinin 1963-cü ildə çəkildiyini, sonuncu dəfə isə 1990-cı ildə təmir edildiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə