Niyə bu siyahıya daxil edilməmisiniz sualına Makrondan cavab...

..."Çünki bizim hər hansı gərginliyi dərinləşdirməkdən imtina etmək kimi bir münasibətimiz var"..?
Niyə bu siyahıya daxil edilməmisiniz sualına Makrondan cavab...

Fransa Prezidenti Emmanuel Makron Husilərin Yəməndəki hərəkətlərinə qarşı Qırmızı dənizdə qurulan beynəlxalq koalisiyaya qoşulmadıqlarını, çünki gərginliyin daha da artmasını istəmədiklərini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxt Parisdə jurnalistlərin suallarını cavablandıran Emmanuel Makron İsrailin Qəzzaya hücumlarından sonra Qırmızı dənizdə artan gərginliyi dəyərləndirib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ötən həftə Yəmənə qarşı ilk hücumlarını elan edən bəyanatında Vaşinqton administrasiyası koalisiyaya daxil olan 10-a yaxın ölkənin adını sadalayıb.

Jurnalistin Fransanın niyə bu siyahıya daxil edilmədiyini soruşduqda, Prezident Makron beynəlxalq koalisiyanın Qırmızı dənizdə Yəmənə qarşı hücumlarında iştirak etmədiklərini, çünki regional gərginliyi “artırmaqdan” imtina etdikərini bildirib.

Makron "Çünki bizim hər hansı gərginliyi dərinləşdirməkdən imtina etmək kimi bir münasibətimiz var" deyib. O qeyd edib ki, məsələ hərbi yolla deyil, diplomatik yolla həll edilməlidir.

İsrailin Qəzzaya ayrıseçkilik etmədən hücumları ilə bağlı isə Makron bu hücumların uzunmüddətli perspektivdə təhlükəsizlik baxımından İsrail əleyhinə ola biləcəyini deyib.

Makron Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik səyləri davam etdirəcəklərini vurğulayıb.

Xatırladaq ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Dekabrın 18-də ABŞ Yəməndə Husi qüvvələrinin Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarına qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli missiyanın yaradıldığını açıqlayıb.

Husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən və qlobal ticarətin təxminən 12 faizinin həyata keçirildiyi Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalından keçidi təhlükə altına alsa da, ticarət gəmilərinə hücumlar Qırmızı dəniz və şirkətlərin ardıcıl olaraq qəbul etdiyi qərarlar qlobal iqtisadiyyata təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə