Sanksiyalara görə türk bankları Rusiya bankları ilə əlaqələri kəsir..?

Sanksiyalara görə türk bankları Rusiya bankları ilə əlaqələri kəsir..?

Türkiyə bankları ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyat edərək, Rusiya bankları ilə işləməkdən imtina edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.

Demək olar ki, bütün türk bankları artıq Rusiyadakı kredit təşkilatları ilə müxbir əlaqələrini kəsib və onların ödənişlərinin işlənməsini dayandırıb.

İstisnalar yalnız xarici bankların Rusiyadakı törəmə şirkətlərinə aiddir.

Bunu da “Kommersant” yazır.

Maliyyə bazarı iştirakçıları 2023-cü ilin dekabrında Avropa İttifaqının 12-ci sanksiyalar paketinin qüvvəyə minməsi və ABŞ prezidenti Cozef Baydenin ikinci dərəcəli sanksiyalarla bağlı fərman imzalaması ilə vəziyyətin daha da pisləşdiyini deyirlər.

Təbii ki, hər iki sənəd Rusiyanın Ukraynaya davam edən işğalına cavab olaraq ortaya çıxıb.

Qeyd edək ki, Türkiyə bankları ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsinin və bununla da onların dollar ödənişlərindən kəsilməsinin yerli müştərilərin xaricə axınına səbəb olacağından qorxurlar.

“Kommersant”ın həmsöhbətləri hesab edirlər ki, əgər türk bankları üçün risklər çox yüksək olarsa, Rusiya üçün yeganə təsirli variant Türkiyə ilə digər ölkələrin - məsələn, MDB-nin bankları vasitəsilə hesablaşmalar olacaq.

Yeri gəlmişkən, deyilənlərə görə, Rusiya və Türkiyə bankları “Kommersant”ın sorğularına cavab verməyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə