Pakistan Xarici İşlər Nazirliyi İranın Pakistan ərazisinə hücum etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 2 uşağın öldüyü, 3 uşağın yaralandığı açıqlanıb.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Pakistan İranın öz hava məkanını əsassız şəkildə pozmasını və Pakistan ərazisi daxilində 2 günahsız uşağın ölümü və 3 qızın yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir: "Pakistanın suverenliyinin bu cür pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər", - deyə bildirilib. Həmçinin, Pakistanın hər zaman terrorizmi regionun bütün ölkələri üçün ümumi təhlükə adlandırdığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB