Lukaşenko niyə öz hərbçilərini Rusiya Federasiyasına göndərir?

Lukaşenko niyə öz hərbçilərini Rusiya Federasiyasına göndərir?

Deməli, Belarus Müdafiə Nazirliyi bu yaxınlarda Rusiyaya təlim keçmək üçün göndərilməyə hazırlaşan Belarus hərbi qulluqçularının videosunu yayıb.

Onlar guya “xüsusi hərbi əməliyyat” adlanan təcrübəni mənimsəyəcəklər.

Maraqlıdır, burada məqsəd nədir?

Və ya Rusiya belarusları Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb edə bilərmi?.

…Trend o qədər də ürəkaçan deyil. Təbii ki, belarusların dərhal müharibəyə atılacaqlarını demirəm, amma belə bir transfer şəxsən məni narahat edir. Amma buna baxmayaraq, maraqlıdır, görən, bu, məhdud partiya olacaq, yoxsa, bizlərdə deyildiyi kimi, davamı olacaqmı?

Deyim ki, ukraynalı keçmiş zabit İvan Stupak yaşananlara münasibət bildirib.

Qeyd edək ki, ukraynalı zabit belarusların Ukraynaya qarşı müharibəyə cəlb olunacağına əmin olmasa da, lakin bəzi variantları da istisna etmir.

Məsələn, Stupak, belarus hərbçilərinin Rusiya Federasiyası ərazisindəki obyektləri mühafizə etməyə və bunun üçün cəlb olunmuş rusların isə Ukraynaya köçürülməsini mümkün sayır.

…Belarus ordusu steril və sıfırdır. Onlar üçün döyüş təcrübəsindən öyrənmək vacibdir, çünki Lukaşenko NATO ölkələrinin texnoloji üstünlüyə malik olduğunu mükəmməl başa düşür. Ukrayna texnoloji üstünlüyə malik olmaqla yanaşı, son dərəcə motivasiyalı, təhsilli və təcrübəli orduya malikdir. Rusların da təcrübəsi var, belarusların isə heç nəyi yoxdur.

İvan Stupak deyir bunu.

Yeri gəlmişkən, sonuncu dəfə belaruslar 70 ildən çox əvvəl İkinci Dünya Müharibəsi zamanı vuruşublar. Qeyd edək ki, onlar Əfqanıstan müharibəsində də iştirak ediblər və indi Kreml onları Rusiya Silahlı Qüvvələrinin sıralarına cəlb etməyə cəhd edə bilər.

Bunu da Stupak deyir və belaruslarla bağlı hər şeyin mümkünlüyünü də istisna etmir.

…Çünki, yenə bizlərdə deyildiyi kimi, onların “ipləri başqa əldədir”..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə