Yaponiyada ölənlərin sayı 230-u ötüb

Yaponiyada ölənlərin sayı 230-u ötüb

Yapon dənizi sahillərindəki Yaponiyanın Noto yarımadası yaxınlığında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 232-yə çatıb. SİA xəbər verir ki, bu barədə İşikava prefekturasının rəsmiləri məlumat yayıb.

Bundan əvvəl 222 nəfərin öldüyü barədə xəbər yayılmışdı. Ən azı 21 nəfər itkin düşənlər siyahısındadır.

Qeyd edək ki, zəlzələdə 1036 nəfər xəsarət alıb, 15 mindən çox ev qismən və ya tamamilə dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə