Serbiyada seçkilərin ləğvi ilə bağlı gərginlik yaşanıb

Serbiyada seçkilərin ləğvi ilə bağlı gərginlik yaşanıb

Serbiyada müxalifət növbəti dəfə seçkilərin ləğvini tələb etmək üçün küçələrə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda müxalifət ötən il dekabrın 17-də keçirilən növbədənkənar ümumi və yerli seçkilərin ləğvi üçün etiraz aksiyası təşkil edib. Müxalifət partiyalarının yaratdığı “Serbiya Zorakılığa Qarşı” alyansının Respublika Seçki Komissiyasının binası qarşısından başladığı etiraz aksiyasına minlərlə insan dəstək verib. Bir ay əvvəl keçirilən seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə keçirilən nümayişdə 6 il əvvəl 2018-ci il yanvarın 16-da qətlə yetirilən Kosovo serb müxalif siyasətçisi Oliver İvanoviçin qətlinin işıqlandırılması tələbi irəli sürülüb. Serbiya Zorakılığa Qarşı Alyansın aparıcı simalarından biri olan Marinika Tepiç dekabrın 17-də seçki mühəndisliyi iddialarını təkrarlayıb və seçkilərin yeni şərtlərlə təkrarlanmasını tələb etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə