Qırğızıstanda axtarışlardan sonra “Ait Ait Dese” və Temirov Live araşdırma layihələrinin on bir keçmiş və indiki jurnalisti saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sibir.Realii” yayıb.
Saxlanılanların hamısı, o cümlədən Temirov Live-in rəhbəri Məhabət Tajibek qızı “hökumət rəsmilərinin qanuni tələblərinə fəal tabe olmamağa çağırışlar və kütləvi iğtişaşlar törətməkdə” ittiham olunublar.
Cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.
Cinayət işinin özü ona görə başlanıb ki, dekabrın 30-da polis əməkdaşları guya istintaq layihələrinin səhifələrində etiraz aksiyalarına çağıran məlumatlar aşkar ediblər.
“Sibir.Realii” qeyd edir ki, 2023-cü ildə Qırğızıstan jurnalistlərə qarşı repressiyalar və hökumətin mətbuata çoxsaylı təzyiqləri səbəbindən Ümumdünya Mətbuat Azadlığı İndeksində dərhal 50 mövqe itirərək 72-ci yerdən 122-ci yerə düşüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB