ABŞ hələ ki, Ukraynaya yeni yardım paketləri göndərməyi planlaşdırmır

ABŞ hələ ki, Ukraynaya yeni yardım paketləri göndərməyi planlaşdırmır

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, indiki mərhələdə ABŞ-ın Ukraynaya yeni hərbi yardım göndərmək niyyətində olmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kirbi bu barədə brifinq zamanı bildirib.

O, aydınlaşdırıb ki, ABŞ-ın hələlik yeni yardım ayırmaq üçün büdcə vəsaiti yoxdur.

Eyni zamanda, Kirbi bir daha əlavə maliyyə tələbinin təsdiqlənməsinin vacibliyini vurğulayıb, çünki onun sözlərinə görə, Vaşinqton Kiyevə dəstəyi davam etdirməkdə maraqlıdır.

...27 dekabr tarixli Ukraynaya hərbi yardım paketinin hələlik sonuncu olduğunu deyən Kirbi, hazırkı mərhələdə yeni hərbi yardım paketləri üzərində işləmədiklərini etiraf edib.

Yeri gəlmişkən, bundan əvvəl NATO-ya üzv ölkələr Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirmək qərarına gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə