Bu arada Macarıstanın baş naziri Viktor Orban Ukraynaya maliyyə yardımı məsələsində qonşu Slovakiyanın hökumət başçısı Robert Fikondan dəstək istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə axşamı Budapeştdə Fiko ilə danışıqlardan sonra bəyanat verən Orban, dörd il ərzində birbaşa Avropa İttifaqı büdcəsindən Ukraynaya 50 milyard avro ayırmağın əleyhinə olduğunu söyləyib.
Və digər 26 Avropa İttifaqı ölkəsi liderlərinin də dekabrda bunu dəstəkləməyə hazır olacaqlarına ümid etdiyini bildirib.
Maraqlıdır ki, Orban Avropa İttifaqının Ukraynaya kömək etməsinə etiraz etmir, amma Avropa İttifaqının büdcəsinə zərər vermədən...
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz büdcələrindən Ukraynanı dəstəkləmək üçün ÜDM-in həcminə proporsional olaraq vəsait ayırmalıdırlar.
Fevralın 1-də keçiriləcək Avropa Birliyi sammitində Macarıstanın edəcəyi təklifləri Slovakiyanın dəstəkləyəcəyini deyən Fico, bu məsələ ilə bağlı səsverməyə çıxacağı təqdirdə Avropa İttifaqı büdcəsindən 50 milyard vəsaitin ayrılmasına mane olacağını birbaşa demədiyini də bildirib.
Qeyd edək ki, daha əvvəl “Financial Times” mənbələrə istinadən yazıb ki, Avropa Komissiyası Budapeştə güzəştə getməyə hazırdır. Orbanın sözlərindən belə çıxır ki, o, tamam başqa sxem təklif edir, yəni o, Aİ büdcəsinin Ukraynaya yardım məqsədilə istifadəsini əngəlləməkdə davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB