Milli Kəşfiyyat Təşkilatı Suriyada əməliyyat keçirib

Milli Kəşfiyyat Təşkilatı Suriyada əməliyyat keçirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində separatçı terror təşkilatı PKK/YPG-nin sözdə başçılarından olan Liman Suvyeşi nöqtə əməliyyatla zərərsizləşdirib.

SİA xəbər verir ki, Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT Suriyanın Qamışlı bölgəsində olduğu aşkarlanan YPG-nin qadın təşkilatlanmasının sözdə başçılarından biri, separatçı terror təşkilatının sözdə məclis üzvü “Rihan Amude” kod adlı Liman Suvyeşi təqib edib.

Yeri müəyyən edilən Suvyeş MİT-in nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Suvyeşin Suriyada təşkilat adına ictimai və təşkilati fəaliyyətləri idarə etdiyi və Qəndildən aldığı təlimatları Türkiyə sərhədindəki Qamışlı bölgəsindəki qadın təşkilat üzvlərinə çatdırdığı müəyyən edilib.

Terrorçunun həmçinin təşkilatın məqsəd və vəzifələri istiqamətində Türkiyəyə qarşı hücumlar təşkil etdiyi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə