İsrail ordusu Livanda "Hizbullah"ın onlarla hədəfinə zərbələr endirib

İsrail ordusu Livanda "Hizbullah"ın onlarla hədəfinə zərbələr endirib

İsrail hərbçiləri Livanda "Hizbullah" təşkilatının silahlı birləşmələrinin istifadə etdiyi onlarla obyektə irimiqyaslı zərbələr endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Livanın Vadi Saluki bölgəsində "Hizbullah" terror təşkilatının bir sıra hədəflərinə qarşı birgə hava və artilleriya zərbələrini tamamlayıb. Qısa müddət ərzində "Hizbullah"ın onlarla mövqeyi, hərbi strukturları və silah infrastrukturu vuruldu”, - deyə mətbuat xidmətindən bildirilib.

İsrail ordusunun məlumatına görə, silahlı "Hizbullah" birləşmələri Livanın cənubundakı bu ərazidən terrorçuluq fəaliyyəti üçün istifadə edir. “Terror təşkilatı tərəfindən İsrailin mülki əhalisinə və hərbçilərinə hücum etmək məqsədilə meşəlik ərazidə çoxlu sayda texniki avadanlıq və infrastruktur obyektləri gizlədilib”, - deyə ordunun mətbuat xidməti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə