Bu arada Rusiya Qvardiyasının polkovniki Sergey Volkovu 6 il müddətinə azadlıqdan məhrum edilib. Səbəb bilirsiniz nə göstərilib? Demə, o, Krım körpüsünü pilotsuz uçuş aparatlarından zəif mühafizə edirmiş...
SİA Mediazona istinadən xəbər verir ki, məhkəmə Sergey Volkovu vəzifə səlahiyyətlərindən sui-istifadədə də təqsirli bilib.
Xatırladaq ki, polkovnik ötən il martın sonunda saxlanılıb. Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər radarları qəbul ediblər, bu da ona pilotsuz təyyarələrlə mübarizədə və Krım körpüsünün mühafizəsində problemləri uğurla həll etməyə imkan verməyib.
RİA Novosti, müstəntiqlərə istinadən, komplekslərlə bağlı problemin müəyyən çatışmayan "əlavə bölmə" olduğunu aydınlaşdırır. Müqavilə hələ 2020-ci ilin oktyabrında bağlanıb, nəticədə komplekslər istifadəyə verildikdən bir ay sonra Rusiya Qvardiyası onlardan istifadə etməkdən imtina edib.
Vəkilin sözlərinə görə, Rusiya Qvardiyası bu ərazidəki inhisarçıdan radar alıb. Müdafiəçi Volkovu biznes rəhbəri adlandırıb və onun radiotexniki təhsili olmadığını vurğulayıb.
Qeyd edək ki, Volkov təqsirini boynuna almayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB