Rostov vilayətində 100-ə yaxın tacik işdən qovulub...

Rostov vilayətində 100-ə yaxın tacik işdən qovulub...

Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərindəki “Ximpek” kimya zavodunun rəhbərliyi yanvarın 15-də tətil edən 100-ə yaxın taciki işdən qovub.

SİA-nın əldə etdiyi məlumata görə, polimer məmulatları istehsalçısının rəhbərliyi ilin sonunda əmək haqlarının artırılması və əmək miqrantlarına ödənişli məzuniyyət veriləcəyinə söz versə də, bu, baş tutmayıb.

Miqrantlardan birinin dediyinə görə, tətildən sonra onları çağırıblar, yanvar ayının yarısının maaşlarını verərək və onları dərhal da işdən qovublar.

Tacik miqrantın sözlərinə görə, işdən qovulanları hətta zavodun yataqxanasında gecələməyə belə icazə verməyiblər. Deyilənlərə görə, “Ximpek” zavodunun nümayəndələri vəziyyəti şərh etmirlər.

Tacikistanın Rusiya Federasiyasındakı səfirliyi də yaşananlara elə də bir reaksiya verməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə