Xarici işlər naziri Hakan Fidan deyib: ''İraqdakı KYB PKK-yla bağlı mövqeyini dəyişməsə əlavə tədbirlər görməkdən çəkinməyəcəyik''.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hakan Fidan bunu Türkiyə Böyük Millət Məclisinin terrorla mübarizə ilə bağlı keçirdiyi məlumatlandırma sessiyasındakı çıxışında deyib.
Bölgədəki bütün terror təşkilatlarının tamamilə məhv edilməsinin vacibliyini vurğulayan Hakan Fidan deyib: "Bu, təkcə xalqımızın deyil, bütün region ölkələrinin sülh və əmin-amanlıq içində yaşaması üçün vacibdir. Ona görə də bütün qonşularımızın və müttəfiqlərimizin terrorla mübarizəmizi səmimi şəkildə dəstəkləməsi zərurətə çevrilib".
Separatçı terror təşkilatının Türkiyədəki silahlı mövcudluğunu itirdiyini və hücumlarını sərhəddən kənarda həyata keçirmək məcburiyyətində qaldığını bildirən Hakan Fidan hazırda PKK-nın İraq və Suriya üçün təhlükəsizlik təhdidinə çevrildiyini qeyd edib.
Hakan Fidan İraq səlahiyyətliləri ilə məsləhətləşmə prosesinin davam etdiyini bildirib.
''Süleymaniyyəyə qarşı sanksiyalarımıza baxmayaraq KYB PKK-yla bağlı mövqeyini dəyişməsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”,-deyə Hakan Fidan vurğulayıb.
ABŞ-ın DEAŞ-a qarşı mübarizə bəhanəsi ilə PKK/YPG-yə dəstək verdiyini bildirən Hakan Fidan deyib:''Bu münasibətlərə son qoymaq və PKK-nı doğulduğu Suriyada məhv etmək üçün mübarizəmizi davam etdirəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB