Putin İvleyevanın “çılpaq” tədbirinə münasibət bildirib...

Putin İvleyevanın “çılpaq” tədbirinə münasibət bildirib...

Rusiya prezidenti Vladimir Putin “Kiçik Vətən – Rusiyanın gücü” adlı Ümumrusiya Bələdiyyə Forumu zamanı bələdiyyə başçılarını xüsusi hərbi əməliyyat iştirakçılarına xüsusi diqqət yetirməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Dövlət başçısı qeyd edib ki, cəbhəyə yollanmaq qərarına gələn insanlar döyüş timsalından keçir, Vətənə qayıtdıqdan sonra isə həyat prioritetləri dəyişir.

...Burada heç bir tədbirdə şalvarsız tullanmayacaqsan.

Bunu deyən Putin qeyd edib ki, xüsusi hərbi əməliyyat veteranları cüzi geyimli, şən ulduzlardan tamamilə fərqli prioritetlərə, meyllərə və dəyərlərə malikdir.

Xatırladaq ki, dekabrın 21-də şou-biznes ulduzlarının iştirak etdiyi Moskvanın “Mutabor” klubunda teleaparıcı Anastasiya İvleyevanın “çılpaq” adlanan gecəsi keçirilib.

Tədbir iştirakçıları gecəyə açıq-saçıq geyimlərdə gəlmişdilər. Belə ki, reper Vasio tədbirə lap lüt-üryan gəlibmiş.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə