Somalidə partlayış, ölənlər var

Somalidə partlayış, ölənlər var

Somalinin paytaxtı Moqadişoda törədilən hücum nəticəsində 3 nəfər həyatını itirib.
Somalinin Milli SNTV telekanalının məlumatına görə, hücum Moqadişonun Hamarveyn rayonunda törədilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salaraq hücum törədib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri bölgəni mühasirəyə alıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə