“Kreml rəhbəri Rusiya ordusunun itkilərinə qətiyyən reaksiya vermir...”

“Kreml rəhbəri Rusiya ordusunun itkilərinə qətiyyən reaksiya vermir...”

Artıq məlum olduğu kimi, Ukrayna hərbçiləri Rusiyanın “A-50” uzaqmənzilli radar aşkarlayan təyyarəsini məhv edib. SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın bəzi ictimai səhifələri bunu eşidən Putinin, guya əsəbləşərək stulları sındırdığını, müdafiə naziri Sergey Şoyquya qışqırdığını və “Kiyevi bombalamağı” tələb etdiyini yazırlar.

Amma bu arada “sinəsini qabağa verən” Kremı sözçüsü Dmitri Peskov, belə bir şeyin olmadığını və vurulan təyyarə ilə bağlı Müdafiə Nazirliyinin hər şeyi şərh etdiyini bildirib.

Qeyd edək ki, keçmiş KQB və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov yaşananları “Kanal 24”-ə şərh edərək, Putinin gözə çarpan uğursuzluqlara çox kəskin reaksiya verdiyini etiraf edib.

Amma, maraqlıda olsa, o, Kreml rəhbərinin Rusiya ordusunun itkilərinə qətiyyən reaksiya vermədiyini də dilə gətirib.

Xatırladaq ki, Rusiyanın “A-50” uzaqmənzilli radar aşkarlayan təyyarəsi yanvarın 14-də Azov dənizi üzərində vurulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə