Vulkan püskürməsi ilə bağlı xəbərdarlıq edilib

Vulkan püskürməsi ilə bağlı xəbərdarlıq edilib

İslandiya Meteorologiya İdarəsi Reykjanes yarımadasında yerləşən vulkanın vəziyyəti ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qurum yaxın günlərdə vulkan püskürməsinin ola biləcəyi barədə xəbərdarlıq edib. Oksford Universitetinin mütəxəssisi David Pyle son 3 ildə Reykjanes yarımadasında 5 kiçik püskürmənin olduğunu bildirib. Pyle qeyd edib ki, Reykjanes yarımadasında təxminən 800 ildir ki, belə vulkanik hadisələr müşahidə olunmayıb.

Qeyd edək ki, Qrindavik şəhərində baş verən zəlzələlərdən sonra Reykjanes yarımadasındakı vulkan püskürüb. Qəsəbə sakinləri evakuasiya edildikdən sonra lava Qrindavik şəhərində tikilmiş divarı keçərək yaşayış məntəqələrinə çatıb. Lavanın səbəb olduğu yanğında ən azı 3 ev yanıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə