ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb

ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb

Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - bəyanatda bildirilir.

Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə