BMT-nin Qəzzada 152 əməkdaşı ölüb

BMT-nin Qəzzada 152 əməkdaşı ölüb

"Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük insan itkisi olub”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş BMT-nin qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

BMT Baş katibi oktyabrın 7-də HƏMAS tərəfindən törədilən cinsi zorakılıq hallarının ciddi şəkildə araşdırılmasını və bu cinayətləri törədənlərin mühakimə olunmasını tələb edib:

“HƏMAS-ın yüzlərlə İsrail və digər ölkələrin vətəndaşlarının həyatına son qoyan və girovların vəhşicəsinə ələ keçirilməsi ilə nəticələnən dəhşətli 7 oktyabr hücumlarından 100 gündən çox vaxt keçir. Mən hər gün görüşdüyüm ailələrin çəkdikləri əziyyətləri düşünürəm.

Bir daha bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm. Onlara humanist münasibət göstərilməli və Qırmızı Xaçdan ziyarət və yardım almağa icazə verilməlidir. Bu cinayətlər ciddi şəkildə araşdırılmalı və bunu törədənlər mühakimə olunmalıdır. Heç kimsə mülki şəxslərin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və eləcə də, mülki hədəflərə raketlərin atılmasına haqq qazandıra bilməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə