İlin ilk kruiz gəmisi Kuşadasına gəlib...

İlin ilk kruiz gəmisi Kuşadasına gəlib...

İlin ilk kruiz gəmisi Aydın vilayətinin Kuşadası qəsəbəsinə gəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Kuşadası Ege Portalı limanına əksəriyyəti Amerika vətəndaşı olan 921 turistin olduğu Norveç bayraqlı "Viking Saturn" adlı kruiz gəmisi yanaşıb.

Sərnişinlərin bəziləri Səlcuq qəsəbəsindəki qədim Efes şəhəri və Məryəm Ana Evini ziyarət edərkən, bəziləri isə Kuşadasında alış-veriş edib.

Kuşadası Ege Limanı baş direktoru Əziz Güngör, bu il gəmi səfərlərində 15 faiz artım gözlədiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə