Nigeriyada şəhərlərarası üç avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Nigerian Tribune” hadisə şahidlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.
Ötən həftə Nigeriyanın şimal-şərqində Kaduna-Abuja şosesində təxminən 30 nəfər qaçırılıb. İndiyə qədər onların taleyi barədə məlumat yoxdur.
Son zamanlar Nigeriyada terrorçular fəallaşıb. Onlar mağazaları qarət edir, insanları girov götürürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB