Almaniyada fermerlərin irimiqyaslı tətili keçirilir...

Almaniyada fermerlərin irimiqyaslı tətili keçirilir...

Berlində ölkənin hər yerindən öz avadanlıqları ilə gələn fermerlərin kənd təsərrüfatı subsidiyalarının kəsilməsinə qarşı etiraz aksiyası davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Deutsche Welle” xəbər verir ki, Almaniya paytaxtının küçələri minlərlə traktorla doludur.

Məlumata görə, bazar günü ölkənin hər yerindən Berlinə gələn nümayişçilərin gəlişi bu gün də davam edir.

Ehtimallara görə, ümumilikdə 5 minə yaxın traktor və digər kənd təsərrüfatı texnikası, həmçinin 10 minə yaxın etirazçının mərkəzə gələcəyi gözlənilir.

Etirazlara səbəb Almaniya hökumətinin kənd təsərrüfatı texnikası üçün dizel yanacağına vergi güzəştlərini ləğv etmək planları olub. Fermerlər bütün mövcud imtiyazlarını tərk etməyi tələb edirlər.

Tətilçilərin maşınları subsidiyaların ləğvinə qarşı və “mənimsəmə”, “kronizm” və “müharibəçilik” daxil olmaqla, hakimiyyətə qarşı daha geniş şikayətlərin əks olunduğu plakatlar daşıyır.

Deyilənlərə görə, Berlindəki etiraz aksiyasında Azad Demokratlar Partiyasından olan maliyyə naziri Kristian Lindner də çıxış etməyi planlaşdırır.

Bu arada koalisiya partiyalarının liderləri - SPD, Yaşıllar və Azad Demokratlar fermer təşkilatlarının liderlərini müzakirəyə dəvət ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə