Putin Modi ilə telefon danışığı aparıb

Putin Modi ilə telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub, digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyəti də müzakirə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.

Söhbət zamanı Putin və Modinin ölkələr arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə cari məsələləri müzakirə etdikləri və müxtəlif sahələrdə praktiki qarşılıqlı fəaliyyətdə, o cümlədən Rusiya Federasiyasının Uzaq Şərqində əməkdaşlıqda əldə olunan uğurlar qeyd olunub.

...Dövlət başçıları qarşılıqlı faydalı ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsində maraqlı olduqlarını bildiriblər və bir-birinə qarşıdan gələn seçkilərdə - Rusiyada prezident və Hindistanda parlament seçkilərində uğurlar arzulayıblar.

Bundan əlavə, Putin və Modi bir sıra beynəlxalq mövzulara, o cümlədən Ukrayna ətrafındakı vəziyyətə toxundular.

Kremldən belə bildirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə