Ruslar üçün bumeranq effekti...

Ukraynalı hərbi mütəxəssislər bu il Xarkov vilayətində rusların çoxsaylı qatil pilotsuz təyyarələrini uğurla endiriblər. Qeyd edək ki, bu pilotsuz təyyarələr məhv edilməyib, sadəcə olaraq yenidən konfiqurasiya edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Polad Kordon” hücum briqadasının mətbuat xidmətinin rəhbəri, Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı İvan Şevtsov “Espresso” kanalında deyib ki, “bumeranq effekti işləyəcək və düşmən öz pilotsuz təyyarələrini geri alacaq, lakin bu dəfə partlayıcı maddələrlə...”

Deyilənlərə görə, təkcə bu il ərzində Xarkov vilayətində “Polad Kordon” hücum briqadasının döyüşçüləri düşmənin 20-yə yaxın FPV pilotsuz təyyarəsini uğurla endiriblər.

...Bu pilotsuz uçan aparatlar məhv edilmir, müəyyən reabilitasiyadan keçir, yenidən konfiqurasiya olunur, proqramlaşdırılır və gələcəkdə əks istiqamətdə istifadə olunacaq...

Bunu ukraynalı zabit paylaşıb.

Yeri gəlmişkən, ruslar Ukrayna müdafiəçilərinə qarşı istifadə etdikləri kamikadze dronların sayını azaltmayıblar.

Şevtsov əlavə edib ki, düşmən hava şəraitindən asılı olmayaraq hər gün 10-20 “qatil quş”dan istifadə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə