Putin Lukaşenkonu NATO ölkələrinə hücuma cəlb edə bilər

Almaniya silahlı münaqişəyə hazırlaşır..?
Putin Lukaşenkonu NATO ölkələrinə hücuma cəlb edə bilər

...Deməli, bu günlərdə ruslar gizli Bundesver sənədi “əldə ediblər” və həmin gizli sənədə əsasən NATO-nun Rusiyanın şərq cinahına böyük hücuma hazırlaşdığı bildirilir.

Və maraqlıdır ki, bu hücumda Lukaşenkonun NATO ölkələrinə hücumda əli ola bilmə ehtimalıdır.

...Jurnalistlərin istinad etdiyi “gizli” sənəddə Almaniya Müdafiə Nazirliyi Rusiya ilə NATO arasında hipotetik “münaqişəyə gedən yol”u təfərrüatlı şəkildə ortaya qoyur. Rusiya və Qərbin hərəkətləri aydan-aya xronika olunur və nəticədə yüz minlərlə NATO hərbçisinin yerləşdirilməsi, eləcə də 2025-ci ilin yayında qaçılmaz müharibənin başlanması ilə nəticələnir.

Bu arada SİA “Bild”-ə istinadən 2024-cü ilin fevralında Rusiyada daha bir səfərbərlik dalğasına başlayacağını və əlavə olaraq 200 min nəfəri orduya çağıracağını bildirib.

Bundan sonra Kreml Ukraynaya yaz hücumuna başlayacaq və bu, Ukrayna ordusunu iyun ayına qədər geri çəkəcək.

Rusiyanın əvvəlcə gizli, sonra isə getdikcə daha açıq şəkildə Qərbə hücumu iyulda başlayır. Əsasən Baltikyanı ölkələrdə kiberhücumlar və hibrid müharibənin digər formaları gözlənilir. Rusiya öz ərazisində və Belarusda genişmiqyaslı təlimlərə başlamaq üçün bəhanə kimi istifadə edəcək toqquşmalar baş verəcək.

Ssenariyə görə, Rusiyanın Kalininqrada qoşun və orta mənzilli raketlər göndərəcəyi təqdirdə bu vəziyyətin kəskinləşməsi oktyabrda baş verə bilər. 2024-cü ilin dekabr ayından etibarən Suvalki dəhlizi ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı tələfatlı iğtişaşlar” baş ver(əcək)ir.

ABŞ-ın seçkilərdən sonra həftələrlə lidersiz qala biləcəyi bir vaxtda Belarusun dəstəklədiyi Rusiya NATO torpaqlarında 2014-cü ildə Ukraynaya təcavüzünü təkrarla(yacaq?)yır. 2025-ci ilin mayında NATO məhdudlaşdırma tədbirləri haqqında qərar qəbul edir; “X” günü NATO şərq cinahına 30.000 Bundesver əsgəri də daxil olmaqla 300.000 əsgər köçürür.

Ssenari “X” günündən 30 gün sonra başa çatır. Ssenaridə Rusiyanın NATO tərəfindən təmkinli olub-olmayacağı açıq sual olaraq qalır.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Alyansın müdafiə ssenarisini “Bild”-ə şərh etmək istəməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə