Polşa Almaniyaya çağırış etdi

Polşa Almaniyanın NATO-nun şərq cinahını gücləndirmək üçün öz əsgərlərini göndərməsini gözləyir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Andjey Şeyna deyib.

"Şərq sərhədimizdə müharibə getdikcə, biz müttəfiqlərimizin istənilən iştirakını alqışlayırıq. Əgər almanlar Litvada etdiklərini edərsə, “herzlich willkommen” (xoş gəldiniz - red)", - Polşa XİN başçısının müavini deyib.

“Almaniya bizim mühüm iqtisadi tərəfdaşımızdır. “Hesab edirəm ki, bu, bizim siyasi münasibətlərimizdə öz əksini tapmalıdır”, - Şeyna vurğulayıb.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Almaniya və Fransadan olan həmkarları ilə görüş elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə