Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə işgüzar səfərə gedəcək. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin teleqram kanalında bildirilib.
Qeyd edilir ki, səfər zamanı Zelenski parlamentin hər iki palatasının sədrləri, partiya liderləri və isveçrəli həmkarı ilə görüşəcək.
Bundan əlavə, Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcək və Davosda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB