“Rusiya ayaqyolu üçün mübarizə aparır...”

“Rusiya ayaqyolu üçün mübarizə aparır...”

Rusiya hərbçiləri Ukraynada nə üçün mübarizə apardıqlarını yaxşı anlayırlar, çünki onlar yerli məktəblərdə gender baxımından neytral ayaqyolu görüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov xəstəxanada yaralı hərbçilərlə görüşdən sonra özünün Telegram kanalında yazıb.

...Siyasi mövzularda döyüşçülərlə danışmaq ən asanıdır. Əllərində avtomatla Donbasın ukraynalaşdırılmış variantından keçənlər bizim nə uğrunda mübarizə apardığımızı yaxşı başa düşürlər

Bunu yazan qubernatora görə, müharibə iştirakçıları Ukraynada “iki otaq əvəzinə qızlar və oğlanlar üçün üç otaq var idi: qızlar, oğlanlar və cinsiyyət baxımından neytral olanlar üçün ayaqyolu görüblər.

Ona görə də bu uşaqlar bizim hansı dəyərləri müdafiə etdiyimizi izah etməyə ehtiyac duymurlar.

Qeyd edək ki, qubernatorun bəyanatına cavab olaraq, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Boris Vişnevski Rusiya infrastrukturundakı problemləri xatırladıb.

…Rosstatın məlumatına görə, rusların dörddə birində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur”.

O, daha aktual problemlərin həlli üçün Qərb və NATO ilə mübarizəyə yönəlmiş səylərin yenidən bölüşdürülməsini təklif edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə