Zaxarova Ukrayna ilə bağlı danışıqlara başlamaq şərtini açıqlayıb

Zaxarova Ukrayna ilə bağlı danışıqlara başlamaq şərtini açıqlayıb

Qərb ölkələri əgər Ukrayna ilə bağlı danışıqlar aparmaq istəyirlərsə, Kiyevi silahlandırmaqdan əl çəkməlidirlər. SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya İsveçrənin diplomatik xidmətinin rəhbəri İqnazio Kassisin Rusiyanın Ukrayna ilə bağlı müzakirələrə cəlb edilməsinin zəruriliyi ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Onun dediyinə görə, əgər söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun düşdüyü çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq istəyindən gedirsə, bu, bir söhbətdir. O zaman Ukraynaya silah tədarükünü dayandırmalı, anti-Rusiya sanksiyalarını qəbul etməməli və rusofob bəyanatlar verməməlidirlər.

Zaxarova deyib bunu.

Qeyd edək ki, Davosda mətbuat konfransında çıxış edən İsveçrənin xarici işlər naziri İqnazio Kassis digər ölkələrin vasitəçiliyi ilə Ukrayna ilə bağlı müzakirələrə Rusiyanın qoşulması istiqamətində işlərin davam etdirildiyini bildirib və qeyd edib ki, Rusiya Federasiyasının iştirakı olmadan sülh konfransı keçirmək mümkün deyil.

...Əgər bu ritorika Rusiyanın fundamental yanaşmalarına təsir etmək üçün Qərb şərtləri ilə Rusiyanı hansısa psixodelik prosesə cəlb etmək məqsədi daşıyırsa, o zaman biz bu tələyə düşməyəcəyik.

Bunu da Zaxarova deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə