X Frederik Danimarka kralı elan olunub

X Frederik Danimarka kralı elan olunub

Uzun saatlar gözlədikdən sonra on minlərlə danimarkalı X Frederikin kral elan edilməsinin şahidi oldu.

"Əlahəzrət Kraliça Margrete taxtdan imtina etdi. Yaşasın əlahəzrət Kral X Frederik!",- deyə Baş nazir Mette Frederiksen Kristiansborg kral sarayındakı eyvandan üç dəfə elan etdi.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəzi danimarkalılar kral sarayına günəş doğmadan xeyli əvvəl gəliblər.

"Düşünürəm ki, kraliça Margrete taxtdan imtina etmək qərarına gələrək, müdriklik nümayiş etdirib. O oğlunu istiqamətləndirə bilər və bu, müasir kral evinin olduğuna işarə edir", - deyə meydanda toplaşanlardan biri vurğulayıb.

Saat 13: 30-da vəliəhdlər cütlüyü klassik “Rolls Royce”da hərəkət edərək, toplaşan danimarkalılara əl edib. Xalq onları alqışlayıb. Onların ardınca kraliça Margretin atlı korteji hərəkət edib. Sonra kilsə zəngləri çalınıb.

Saat 15:00-da yeni seçilmiş kral X Frederik eyvana çıxaraq qısa nitq söyləyib və nitqini "Danimarka Krallığı naminə, bağlıyam, borcluyam" sözləri ilə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə