İranda Məhsa Əmini haqqında yazan jurnalistlər həbsdən azad ediliblər

İranda Məhsa Əmini haqqında yazan jurnalistlər həbsdən azad ediliblər

İranda daha əvvəl hüquq müdafiəçisi Məhsa Əmininin ölümündən sonra etirazları işıqlandırdıqlarına görə uzun müddətə azadlıqdan məhrum edilmiş iki jurnalist işlərinin apellyasiya şikayətinə baxılmadan həbsdən azad edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Radio Farda məlumat yayıb.

Yanvarın 14-də jurnalistlər Tehrandakı Evin qadın həbsxanasını tərk ediblər. İran rəsmiləri zaminə buraxıldıqdan sonra “müvəqqəti olaraq” sərbəst buraxıldıqlarını bildiriblər. Onların ölkədən çıxışı da qadağan edilib.

Qeyd edək ki, 31 yaşlı Nilufər Həmidi və 36 yaşlı Elahe Məhəmmədi ötən ilin oktyabrında müvafiq olaraq 13 və 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar müxtəlif cinayətlərdə, o cümlədən milli təhlükəsizliyə qarşı hərəkətlərdə və düşmənçilik təbliğatında, həmçinin “düşmən Amerika hökuməti ilə əməkdaşlıqda” ittiham olunsalar da, amma özləri bu günahı boynlarına almadılar.

Beynəlxalq insan haqları təşkilatları onların azadlığa buraxılması üçün kampaniya aparıblar.

“Hamedi və Məhəmmədinin mühakiməsi sadəcə olaraq söz azadlığına edilən hücumların, eləcə də İran hakimiyyətinin jurnalistikanı kriminallaşdırmaq üçün çıxılmaz cəhdlərinin saxtakarlığı və inandırıcı sübutudur”, - deyə ABŞ-ın Yaxın Şərq və Şimali Afrika üzrə proqram koordinatoru Şerif Mənsur bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə