Litva Seymi belaruslardan hədələyici məktub alıblar..?

Litva Seymi belaruslardan hədələyici məktub alıblar..?

Litva Seyminin bəzi üzvləri rəsmi Vilnüsün ölkədə yaşayan belaruslara qarşı siyasətindən narazı olduqlarını bildirən məktub aldılar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Delfi” yayıb.

...Seym üzvlərinin aldığı məktub litva dilində yazılıb, lakin məqalə müəllifinin qeyd etdiyi kimi, səhvlərin sayı mətnin kompüter proqramı vasitəsilə başqa dildən tərcümə olunduğu təəssüratı yaradır.

...Hörmətli Seymin üzvləri! Öz vətənində yaşamayan, Belarusun indiki hökumətini dəstəkləməyən, Tixanovskayanı və onun tərəfdarlarını dəstəkləməyən belaruslar sizə üz tuturlar. Biz həmişə qonşularımıza (ukraynalılara, polyaklara, litvalılara və latışlara) hörmətlə yanaşmışıq. Lakin indi Litvada yaşayan belaruslara qarşı siyasət qəbuledilməzdir. Yəqin ki, tarixi unutmusunuz, ona görə də xatırladırıq ki, 19-cu əsrdə Vilnüs vilayətinin sakinlərinin 56 faizinin ana dili belarus dili, 17 faizinin isə litva dili olub. XX əsrin əvvəllərində Vilnüs Belarus milli dirçəlişinin mərkəzi idi. O, litvalılar üçün də eyni rolu oynayıb.

Qeyd edək ki, məktubda belə yazılıb.

Mesaj müəllifləri qeyd edirlər ki, parlamentarilər tarixi faktları yadda saxlamalı və “belaruslarla bağlı qəbul etdikləri qərarları düzgün qiymətləndirməlidirlər”.

Yeri gəlmişkən, “Belaruskaya Vyvedka” teleqram kanalının verdiyi məlumata görə, DTK Litvaya mühacirət etmiş belarusları Polşaya itələmək və gözdən salmaq üçün kompleks əməliyyat hazırlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə