...Bazar günü, yanvarın 14-də Kopenhagendə taxt-tacın kraliça II Marqaretdən oğlu vəliəhd şahzadə Frederikə təhvil verilməsi mərasimi keçirilir.
Danimarka kraliçası yeni il televiziya çıxışında taxtdan imtina etmək planlarını açıqlamışdı. O, təxminən 900 il ərzində taxtdan imtina edən ilk Danimarka monarxı olub.
Qeyd edək ki, II Marqaretin 83 yaşı var. O, 1972-ci ildə tac alıb. Britaniya kraliçası Elizabetin ölümündən sonra Danimarka monarxının hakimiyyəti Avropada ən uzun sürən olub.
Kraliça, Amalienborq qalasından Hussar Mühafizə Alayının süvari eskadrilyasının müşayiəti ilə qızıl vaqonda, taxtdan imtinasını imzalayacağı parlamentə gəlib. Əllərində Danimarka bayraqları tutan minlərlə insan onun binasının qarşısına toplaşıblar.
Yeri gəlmişkən, SİA-nın bundan əvvəl də yazdığı kimi, Danimarkada monarxın real gücü yoxdur, o, daxili siyasətdə iştirak etmir. Ölkənin siyasi kursunu seçilmiş parlament tərəfindən təyin olunan hökumət müəyyən edir.
Və sonda bildirək ki, Danimarkanın yeni kralının 55 yaşı var. O, Frederik H adı ilə taxta çıxacaq. Anası kimi o, rəsmi olaraq taxtda alman Qlüksburq sülaləsini təmsil edəcək, baxmayaraq ki, ata tərəfdən o, Laborde de Monpezatın Fransız qraflığı qoluna mənsubdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB