...Rüşvətxorluqda ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilən Vladivostok şəhərinin keçmiş meri Oleq Qumenyuk koloniyanı tərk edib. Vəkili Aleksandr Kitayevin dediyinə görə, Qumenyuk Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və Ukraynaya müharibəyə göndəriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keşmiş mer hərblə əlaqəsi olmayanlardandır. Bunu onun vəkili də etiraf edir. Ona görə də, onu cəbhəyə göndərməzdən əvvəl, heç olmasa tüfəngi necə tutmağı öyrətmək lazım gələcək.
Amma hazırda Qumenyukun dəqiq harada olduğunu bilinmir.
Vəkilin sözlərinə görə, Qumenyuk ilkin olaraq ötən il dekabrın 22-də hərbi hissəyə gətirilməli idi.
Bundan əvvəl Qumenyukun koloniyada ordu müqaviləsi imzaladığı bildirilirdi. O, hərbi hissəyə gedib, lakin ötən il noyabrın 29-da təyyarədən çıxarılaraq koloniyaya qaytarılıb. Onun geri qayıtmasının səbəbi məlum deyil.
Ehtimal ki, Federal təhlükəsizlik xidməti əməkdaşları onun cəbhəyə getməsinə icazə verməməsi ola bilər..?
Amma maraqlıdır ki, yerli media Qumenyukun hərbi geyimdə, silahla, digər hərbçilərin əhatəsində olduğu iddia edilən fotosunu dərc edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB