Tailandın Satun əyalətində körpünün uçması nəticəsində 20 uşaq xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəza yanvarın ikinci şənbə günü Tailandda qeyd olunan Uşaqların Müdafiəsi Günü münasibətilə xüsusi texnikanın nümayişi zamanı baş verib. Operator körpünün konstruksiyasını çevirən zaman onu saxlayan tros qəfildən qopub, konstruksiyanın üzərində oturan uşaqlar iki-üç metr hündürlükdən yıxılıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri zərərçəkənlərə yardım göstərib, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Bir çoxunun kürəyindən xəsarət aldığı bildirilir. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB