Kreml divarları yaxınlığında keçirilən tək piketin iştirakçısı saxlanılıb
Yanvarın 13-də Moskva polisi Kreml divarları yaxınlığında siyasi məhbuslara dəstək və işgəncələrə qarşı keçirilən tək piketin iştirakçısını saxlayıb. İştirakçının davranış qaydalarını pozması ilə bağlı ona qarşı protokol tərtib edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə xəbəri OVD-İnfo yayıb.
Piketin iştirakçısı, Moskva vilayətinin sakini Sergey Kozlovun özü nəşrə baş verənlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, piket Kreml divarının yaxınlığındakı Aleksandr bağında Naməlum Əsgər məqbərəsinin yanında keçirilib. Kozlovu polis şöbəsinə aparan polis aksiyanı dayandırıb.
Kozlov deyir ki, bundan əvvəl mülki geyimli insanlar ona yaxınlaşaraq pasportunu göstərməyi xahiş ediblər, həmçinin posterin şəklini çəkiblər. Rusiya qanunvericiliyi birdəfəlik piketlər üçün xüsusi razılığı nəzərdə tutmur. Buna baxmayaraq, iştirakçılar mütəmadi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB