Təbii ki, Rusiya Belarus ərazisindən Kiyevə yeni hücum hazırlaya bilər. Amma Belarus ordusu belə bir hücumda iştirak edə bilərmi?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Milli Qvardiyasının ehtiyatda olan mayoru, Rusiya-Ukrayna müharibəsinin veteranı Aleksey Getman danışıb.
Deməli Ukraynalı hərbçinin dediyinə görə, əgər Lukaşenko Belarus ordusunun istifadəsinə yaşıl işıq yandırarsa, bu baş tuta bilər.
...”Kollektiv təhlükəsizlik sazişi”nə görə, Putin Lukaşenkoya təklif edə bilər ki, Belarus qoşunları Ukrayna ərazisindəki müharibədə bilavasitə iştirak etsin, nəinki rus qoşunlarının hazırlanmasına kömək etsin. Bunun baş vermə ehtimalı yüksəkdir. Bu, bütün Belarus xalqı üçün böyük bədbəxtlik olacaq. Axı o zaman Belarus müharibənin tamhüquqlu iştirakçısına, təcavüzkara çevriləcək.
...Belə olan halda Ukraynanın düşmən ərazisindəki hərbi obyektlərə zərbələr endirmək hüququ olacaq.
...Belarusa atəş açmaq istəməzdim, amma bir belarus əsgəri də əlində silahla sərhədimizi keçsə, biz cavab zərbəsi endirəcəyik.
Getman deyib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB