Qarşıda rus hücumları necə olacaq..?

Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, polkovnik Roman Svitan rus hücumlarının qışda necə olacağını proqnozlaşdırır
Qarşıda rus hücumları necə olacaq..?

...Ötən gün, yanvarın 13-də səhər saatlarında ruslar Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçiriblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ehtiyatda olan Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, polkovnik Roman Svitanın “Kanal 24”-ə verdiyi məlumata görə, ruslar tərəfdən demək olar ki, hər şey uçurdu: “Şahed”lər, “Kinjal” ballistik raketləri, Kh-59, Kh-31, İskəndər, Kh-101, Kh-555.

Bunlar hələ yadda qalanlardır...

Ukraynalı polkovnikin dediyinə görə, hava hücumundan müdafiə qüvvələri rusların 8 raketini vurub, daha 20 elektron döyüş sistemini isə hədəfdən yayındırıblar.

Svitanın dediyinə görə, hədəf geri çəkilib, sahəyə düşərsə, belə raketləri vurmağın mənası yoxdur.

Ekspertin sözlərinə görə, bu, orta intensivlikli hücum olub.

Svitanın fikrincə, bu, ruslar üçün ən yaxşı seçimdir və onlar bunu başa düşürlər.

…100-dən çox raketdən ibarət böyük hücuma hazırlaşmaq üçün bir aydan çox vaxt lazım olduğunu deyən Svitan, rusların bunu tez-tez təkrarlaya biləcəyinə inanmır. Ekspertə görə, ruslar 30-40 raketlə orta intensivlikli hücumları təxminən 5-7 günə hazırlaya bilərlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiyanın hərbi sənaye kompleksi barədə fikir bildirən ukraynalı hərbçi Viktor Yaqun, son zamanlar rusların bu sahədə tərəqqilərinə diqqət çəksə də, amma bu silahların keyfiyyətinin arzuolunan olmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə