Rusiya hakimiyyəti yanlış iş görür..?

Putinistlər mənzil-kommunal təsərrüfat işləri ilə məşğul olmaq əvəzinə hərbi-sənaye kompleksinə pul vururlar
Rusiya hakimiyyəti yanlış iş görür..?

...Dünən Nobosibirsk, bu gün Lipetsk, bəs, sabah nə olacaq?

Doğrudan da, seçkinin “qapıya yaxınlaşdığı bi vaxtda” buna nə ad vermək olar? Təbii ki, buna “təxribat”dan başqa bir ad tapmaq olmur..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, artıq ötən gündən başlayaraq bəzi saytlar Rusiyanın Lipetsk şəhərinin 300-ə yaxın yaşayış binasının istilik və isti susuz qaldığını yazırlar. Özü də deyilənlərə görə, şəhərdə 30 dərəcədən artıq şaxta var...

Təbii ki, baş verənlərdən ölkə rəhbəri Vladimir Vladimiroviçə, onun qarşıdakı seçki kampaniyasına xələl gətirmək üçün yararlanmağa çalışanlar da var.

Belə ki, həmən saytlar “...baş verənləri ölkənin real prioritetlərinin – insanların əsas ehtiyaclarının nə olduğunu göstərir” kimi təqdim etməyə çalışırlar. .

Onların yazdığına görə, artıq dörddə bir əsrdir ki, Putinistlər yanlış iş görürlər.

Yəni onlar mənzil-kommunal təsərrüfat işləri ilə məşğul olmaq əvəzinə hərbi-sənaye kompleksinə pul vururlar.

Qeyd edək ki, yenə də həmən saytlar martda keçiriləcək seçkilərə diqqət çəkərək hazırkı hakimiyyətin artıq faydalılığını itirdiyini bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə