15 yaşlı çex Ukrayna uğrunda döyüşmək üçün evdən qaçıb

15 yaşlı çex Ukrayna uğrunda döyüşmək üçün evdən qaçıb

Polşada Ukrayna uğrunda döyüşə getmək niyyətində olan çexiyalı yeniyetmə saxlanılıb.

SİA xəbər verir ki, Sileziyanın Polşa hissəsinin sərhəd departamentinin məlumatına görə, Polşa sərhədçiləri, Çexiya polisi və Ukrayna xidmətləri sayəsində 15 yaşlı yeniyetmə sağ-salamat Ostravaya - evinə qaytarılıb.

Bildirilir ki, bir gün əvvəl yeniyetmə evdən dərsə getsə də, dərsə gəlməyib. Valideynlər polisə xəbər veriblər. Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları Polşalı həmkarlarına məlumat göndəriblər və nəticədə oğlan Ukrayna sərhədindən çox da uzaq olmayan Przemysl şəhərində tapılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə