Bu arada Krasnodar diyarında, Pavlovskaya və Atamanskaya kəndləri arasında Rusiyaya məxsus X-101 raketinin hissələri tapılıb.
SİA “The Moscow Times”-ə istinadən yazır ki, təhlükəsizlik məqsədi ilə yolun hissəsində avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb.
Yerli sakinlər “Caution News”-a obyektin gecə saatlarında yerə düşdüyünü bildiriblər.
Və səhər saatlarında yerli sosial şəbəkələrdə hadisə yerindən video yayılıb. Yerli hakimiyyət orqanları “naməlum cihazın parçaları”nın aşkar edildiyini bildiriblər.
Əslində hadisə yerindən çəkilmiş fotoya baxarkən söhbətin təbii ki, raketdən getdiyi məlum olur.
Özü də yenə də bu hadisə Krasnodar diyarında yaşanıb.
Nə qədər olar?
Qeyd edək ki, deyilənlərə görə, artıq ən azı beşinci dəfədir ki, Rusiya ordusunun raketləri...elə Rusiya ərazisinə də atılır.
Gərək ki, yadınızda olar, deyim ki, bu barədə SİA da xəbər vermişdi.
Belə ki, yanvarın 2-də rusların Voronej vilayətinin Petropavlovka kəndinə atdıqları raket 4 nəfər dinc sakini yaralamışdı.
Bundan əlavə, ötən ilin aprelində havaya qalxan “Su-34” bombardmançı təyyarəsi Belqorod üzərindən uçarkən bombaları özlərinkilərin başına “tökmüşdü”.
Xatırladaq ki, həmən vaxt bomba şəhərin mərkəzinə - Vatutina və Qubkin küçələrinin kəsişməsinə düşərək 20 metr olan krater yaratməşdı.
Partlayış qonşu evlərin şüşələrini sındırmış, elektrik dirəklərini yıxmış, maşınlardan biri mağazanın damına “uçmuş” və “vseqo” üç nəfər yaralanmışdı(?).
Ötən il mayın 24-ü və 25-də Belqorodda asfalt altında iki partlamamış FAB-500 aviabombası aşkar edilmişdi.
Bu ilin yanvarında yenə də Belqorod vilayətində X-101 raketi və hava bombası da tapılıb.
Maraqlıdır ki, indi də Şoyqunun beşinci dəfə Belqorodu bombalamasından ehtiyatlanırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB