Azərbaycandan Türkiyəyə başsağlığı mesajı

Azərbaycandan Türkiyəyə başsağlığı mesajı

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Pençe-Kilit əməliyyatı bölgəsində terrorçularla baş verən atışmada şəhid olan 9 əsgər üçün Türkiyəyə başsağlığı mesajı göndərdi.

Z.Həsənov Milli Müdafiə naziri Yaşar Gülerə göndərdiyi mesajda bildirib: "Pençe-Kilit əməliyyatı bölgəsində terrorçuların xain hücumları nəticəsində türk ordusu əsgərlərinin şəhid olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi. Sizin kədəriniz bizim kədərimizdir. Terrorla mübarizədə hər zaman qardaş Türk Silahlı Qüvvələrinin yanındayıq və bütün gücümüzlə sizi dəstəkləyirik".

Şəhid əsgərlərə Allahdan rəhmət diləyən Zakir Həsənov şəhid ailələrinin kədərini paylaşdığını, yaralılara da şəfa dilədiyini söyləyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə